Quba rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən sürücü saxlanılıb. Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları “Nissan” markalı avtomobilin sürücüsü, 25 yaşlı V.Qasımovu saxlayıblar. Sürücü barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə V.Qasımovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, inzibati qaydada həbs edilib.