![]()
01 sentyabr 2026-cı il tarixində Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə gənclər və ictimaiyyət nümayəndələri ilə görüş keçirilib.
Görüş Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Sumqayıt bölməsi və Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin tərəfdaşlığı ilə baş tutub. Tədbirin açılışında GİKM-in Baş direktoru Azər Əliyev çıxış edərək Sabir Rüstəmxanlının Azərbaycan ədəbiyyatında və milli-mənəvi dəyərlərin təbliğində mühüm rolundan bəhs edib. Daha sonra DGTYB sədri İntiqam Yaşarın moderatorluğu ilə davam edən görüşdə Xalq şairi Sabir Rüstəmxanlı ədəbiyyat, mədəniyyət, eləcə də öz həyat və yaradıcılıq yolu barədə fikirlərini bölüşüb. O, gənclərlə keçirilən görüşün onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb və iştirakçıların müxtəlif mövzularda ünvanladığı sualları cavablandırıb.
Tədbirdə, həmçinin Şöhrət ordeni laureatı Ofelya Babayeva, AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Hümbət Quliyev, Qərbi Azərbaycan İcmasının Sumqayıt Şəhər nümayəndəliyinin Gənclər üzrə sədri Fuad Məmmədov, şairə Almaz Bəyazid, “Zərdabi” nəşriyyat-poliqrafiya müəssisəsinin direktoru Aydın Məlikov və digər qonaqlar çıxış edərək Sabir Rüstəmxanlının yaradıcılığı və zəngin həyat yolu ilə bağlı fikirlərini bölüşüblər.
Görüş çərçivəsində qiraətçilər Ayna Səs və Müşfiqə Baləddinqızı tərəfindən Sabir Rüstəmxanlının yaradıcılığından nümunələr səsləndirilib. Tədbirin sonunda Xalq şairi iştirak edən gənclər üçün kitablarını imzalayıb. Həmçinin tədbir zamanı yubilyara GİKM və DGTYB tərəfindən xüsusi təltiflər təqdim olunub və xatirə fotosu çəkdirilib.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

Subyekt.az