![]()
Qala Əncir Festivalının keçirilməsində əsas məqsəd əncirə olan böyük marağı diqqətə çatdırmaq, bu nemətin zənginliyini və ondan hazırlanan müxtəlif məhsulları geniş ictimaiyyətə tanıtmaqdır. Festivalda yalnız qala sakinləri deyil, Azərbaycanın müxtəlif bölgələrindən gələn qonaqları da görmək xoşdur.
Bunu Subyekt.az AZƏRTAC-a istinadən açıqlamasında Milli Məclisin deputatı Gülşən Paşayeva deyib.
Deputat qeyd edib ki, Qala Əncir Festivalı Azərbaycan mədəniyyətinin, milli adət-ənənələrinin və zəngin kulinariya irsinin təbliğinə xidmət edir.
“Burada əncirin tarixi, faydaları və Azərbaycan mətbəxindəki yeri haqqında məlumatlar verilir, milli dəyərlərimizdən danışılır və onlar təbliğ olunur. Festival çərçivəsində əncirdən hazırlanan müxtəlif nemətlər – mürəbbələr, şirniyyatlar, qurudulmuş əncir və digər əncir məhsulları təqdim olunur”,- deyə G.Paşayeva əlavə edib.
Subyekt.az