![]()
Bu gün ildırımlı hava şəraiti səbəbindən Bakı–Naxçıvan–Bakı istiqamətində bir sıra reyslərin icrası təxirə salınıb
Subyekt.az xəbər verir ki ,bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) məlumat yayıb.
Hava şəraiti sabitləşdikdən sonra uçuşlar davam etdiriləcək.
Sərnişinlər mümkün dəyişikliklərlə bağlı əlavə məlumatlandırılacaq.
AZAL qeyd edib ki, güclü külək, küləyin istiqamətinin qəfil dəyişməsi və ildırım aktivliyi uçuşların təhlükəsizliyinə əlavə risklər yaradır.
Reyslərlə bağlı qərarlar yalnız hava limanındakı deyil, marşrut boyunca və uçuş hava limanlarındakı meteoroloji şərait nəzərə alınmaqla qəbul edilir.
Subyekt.az