![]()
23 avqust 2026-cı il tarixində Bakı Gənclər Mərkəzində Landau Nəşriyyat Evinin iştirakı ilə “Uşaq inkişaf forumu II – Hekayədən həyata…” adlı tədbir keçirilib.
Tədbir maraqlı və interaktiv formatda təşkil olunub. Proqram çərçivəsində iştirakçılara müxtəlif videomateriallar təqdim edilib, uşaqların fəal iştirakı ilə maraqlı müzakirələr və interaktiv təqdimatlar keçirilib.
Tədbirin diqqətçəkən məqamlarından biri ədəbi əsərlərin süni intellekt texnologiyası vasitəsilə fərqli formatda təqdim edilməsi olub. Ekranda nümayiş etdirilən əsərlər haqqında məlumatlar süni intellekt vasitəsilə həmin əsərlərin müəlliflərinin dilindən təqdim olunub. Bu yanaşma ədəbiyyatla müasir texnologiyaların vəhdətini nümayiş etdirərək uşaqların tədbirə marağını daha da artırıb.
Tədbir zamanı uşaqlar müxtəlif əsərlər barədə məlumat əldə edib, öz fikir və təəssüratlarını bölüşüblər. İnteraktiv format iştirakçıların prosesə daha fəal qoşulmasına imkan yaradıb.
Sonda tədbirdə fəal iştirak edən uşaqlara Landau Nəşriyyat Evi tərəfindən hədiyyələr təqdim olunub.
Tədbir uşaqların mütaliəyə, ədəbiyyata və müasir texnologiyalara marağının artırılması baxımından maraqlı və yaddaqalan olub.








Şəlalə Camal
Subyekt.az