![]()
Daxili İşlər Nazirliyi Bakı şəhərində vakant inspektor-tərcüməçi vəzifələrinə xidmətə qəbulla bağlı müsabiqə elan edir. Subyekt.az-ın xəbərinə görə, Nazirliyinin bu barədə yaydığı elanda deyilir:
Müsabiqədə 20-30 yaş arası, dövlət ali təhsil müəssisələrini bitirmiş, xarici dil və yazılı-şifahi tərcümə bacarıqlarına malik, Bakı şəhərində qeydiyyatda olan Azərbaycan vətəndaşları iştirak edə bilərlər.
Kişi namizədlər həqiqi hərbi xidmət müddətini tam başa vurmuş olmalıdırlar.
Tərcüməçi kimi iş təcrübəsi olanlara üstünlük veriləcək.
Namizədlər DİN-in rəsmi saytı üzərindən anket məlumatlarını bki@mia.gov.az ünvanına göndərməlidirlər.
Ətraflı məlumat DİN-in rəsmi internet saytında yerləşdirilib.
📞 (012) 590-98-37
📞 (012) 590-80-66
📞 (012) 590-94-12
📞 (012) 590-93-64
📞 (012) 590-83-69
📞 (012) 590-80-63
📞 (012) 590-97-52
Subyekt.az