Milli Hidrometeorologiya Xidmətinin avqustun 16-sı saat 10:00 olan məlumatı
16 Avqust 2026
Milli Hidrometeorologiya Xidmətinin avqustun 16-sı saat 10:00 olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır.
Şahdağ, Altıağac, Şəmkir, Göygöl, Qax (Sarıbaş), Daşkəsən, Gədəbəydə duman müşahidə olunur. Dumanda görünüş 500 m-dək məhdudlaşır.
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 21, Neftçalada isə cənub-şərq küləyinin maksimal sürəti 20 m/s-yə çatır.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 36, Aran rayonlarında 34, dağlıq rayonlarda isə 20 dərəcəyədək isti müşahidə olunub.