![]()
Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən siqaretlər aşkar edilib.
İdarənin “Qırmızı Körpü” gömrük postunun idxal nəzarət xəttində yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin qoşqu hissəsində gömrük orqanına bəyan edilməyən müxtəlif adda 8600 ədəd siqaret aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Subyekt.az