![]()
Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə Milli Mətbuatın 151 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov, sədr müavinləri Xalq artisti İlham Namiq Kamal və Əməkdar artist Azad Şükürov çıxış edərək media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik ediblər. Onlar jurnalistlərin cəmiyyətin maarifləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği və mədəniyyət sahəsinin işıqlandırılmasında mühüm rol oynadıqlarını bildiriblər.
Çıxışlarda teatr və mətbuat arasında uzun illərə söykənən sıx əməkdaşlıq və qarşılıqlı etimad münasibətlərinin mövcud olduğu vurğulanıb. Qeyd edilib ki, teatr cəmiyyətin aynası olduğu kimi, mətbuat da bu aynada əks olunan mədəni hadisələri geniş ictimaiyyətə çatdıran və onları tarixə çevirən mühüm vasitədir. Həmçinin peşəkar jurnalistikanın teatr sənətinin tanıdılması, milli-mənəvi irsin qorunması və cəmiyyətin estetik zövqünün formalaşdırılmasına əhəmiyyətli töhfə verdiyi diqqətə çatdırılıb.
Tədbirin sonunda teatr sənətinin və onun təbliğinin inkişafına töhfə verən media nümayəndələri Azərbaycan Teatr Xadimləri İttifaqının “İttifaqın dostu” diplomu, “Teatr fədaisi” medalı və fəxri fərmanlarla təltif olunublar.

.

.

.

Şəlalə Camal
Subyekt.az