![]()
Aksiyanın məqsədi qan ehtiyatlarının artırılmasına dəstək vermək, talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsinə töhfə göstərmək, eyni zamanda cəmiyyətdə könüllü donor hərəkatını təşviq etməkdir.
Aksiya zamanı Agentliyin əməkdaşları yüksək fəallıq nümayiş etdirərək könüllü donor qismində iştirak ediblər. Qanvermə prosesindən əvvəl iştirakçılar Respublika Qan Bankının həkimləri tərəfindən tibbi müayinədən keçirilib, sağlamlıq göstəriciləri uyğun olan əməkdaşlardan qan götürülərək bankın ehtiyat fonduna təhvil verilib.
AAYDA bundan sonra da korporativ sosial məsuliyyət çərçivəsində cəmiyyət üçün əhəmiyyət kəsb edən humanitar təşəbbüslərə dəstək verməyə davam edəcək.

.

.

.

Subyekt.az