![]()
Türkiyənin Malatya vilayətinin Battalqazi rayonunda yerli saatla 06:20-də 5 bal gücündə zəlzələ baş verib.
Subyekt.az Turkustan.az-a istinadla xəbər verir ki, AFAD məlumat yayıb.
Yerin 15,59 kilometr dərinliyində baş verən zəlzələ ətraf rayonlarda da hiss edilib.
Tələfat və dağıntı barədə məlumat yoxdur.
Subyekt.az