![]()
Subyekt.az xəbər verir ki, Şəmsəddin Məmmədovla əlaqə saxladıq. Onun verdiyi məlumata görə, hazırda itkin düşən azyaşlının axtarışlarına bütün aidiyyəti dövlət qurumları səfərbər edilib.
Axtarış-xilasetmə işlərində Kəlbəcər Rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, Daxili İşlər Nazirliyinin əməkdaşları, Müdafiə Nazirliyinin ərazidə yerləşən hərbi hissələrinin əsgər və zabitləri, eləcə də yerli sakinlər fəal iştirak edirlər.
Bundan əlavə, “Cengiz İnşaat” şirkətinin əməkdaşları da texnika və canlı qüvvə ilə axtarış işlərinə qoşulublar.
Şəmsəddin Məmmədov axtarışlara dəstək verən bütün dövlət qurumlarına, şirkətlərə, könüllülərə və vətəndaşlara təşəkkürünü bildirərək qeyd edib ki, bu çətin məqamda göstərilən həmrəylik böyük mənəvi dəstəkdir.
Gücümüz birliyimizdir.
Subyekt.az