![]()
Bu gün Kəlbəcərdə 14 iyul 1989-cu il helikopter faciəsinin qurbanı olmuş 8 azyaşlının əziz xatirəsi ehtiramla yad edilib.
Anım mərasimində Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşları, faciə qurbanlarının ailə üzvləri və yaxınları iştirak ediblər.
Tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini dərin ehtiramla anaraq onların məzarları önünə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.
Qeyd edək ki, 14 iyul 1989-cu ildə Kəlbəcər rayonunda baş vermiş helikopter faciəsi nəticəsində 8 azyaşlı həyatını itirib. Bu faciə Kəlbəcər tarixinin ən ağrılı səhifələrindən biri kimi yaddaşlarda yaşayır və hər il iyulun 14-də qurbanların əziz xatirəsi dərin hörmətlə anılır.





Subyekt.az