Kəlbəcər rayonunda mina hadisəsi baş verib. Subyekt.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə otlaq sahədə baş verib. Ərazidə ard-arda iki mina partlayışının olduğu bildirilir. Hadisə nəticəsində bir neçə heyvan tələf olub, sakinlərdən xəsarət alan yoxdur. Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) faktı təsdiqləyiblər.