![]()
ABŞ Prezidenti Donald Tramp NATO Liderlərinin Zirvə Toplantısında iştirak etmək üçün Ankaraya gəlib.
Subyekt.az Turkustan.az -a istinadla xəbər verir ki, Trampı daşıyan təyyarə saat 13:50-də Ankara Hava Limanına eniş edib. ABŞ prezidentini hava limanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.
Daha sonra iki lider Beştəpədə rəsmi qarşılanma mərasimində iştirak edərək nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşə keçiblər.
Görüşdən əvvəl mətbuata açıqlama verən Prezident Ərdoğan NATO Zirvə Toplantısının Ankarada keçirilməsinin əhəmiyyətini vurğulayıb.
“Bütün liderləri ölkəmizdə görməkdən məmnunuq. Əziz dostum Trampla burada bir araya gəlmək bizə əlavə güc verir”, – deyə Ərdoğan bildirib.
ABŞ Prezidenti Donald Tramp isə Türkiyə ilə münasibətlərə toxunaraq Ərdoğana təşəkkür edib.
“Biz çox yaxşı dostuq. Siz böyük lidersiniz və dünyada hörmət qazanmısınız. Dostum Ərdoğan məni bu zirvəyə dəvət etdi və mən də gəldim. Zirvə Türkiyədə keçirilməsəydi, iştirak etməzdim”, – deyə Tramp bildirib.
Subyekt.az