![]()
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa iyul ayı üzrə növbəti vətəndaş qəbulu keçirib.
Subyekt.az xəbər verir ki, Qəbul Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 35 ünvanında keçirilib. Görüşdə 26 saylı Sabunçu birinci seçki dairəsini əhatə edən Bakıxanov qəsəbəsinin sakinləri ilə yanaşı, digər rayonlardan olan vətəndaşlar da iştirak ediblər.
Qəbul zamanı vətəndaşlar fərdi qaydada dinlənilib, onların müraciətləri üzrə qaldırılan məsələlər diqqətlə araşdırılıb. Müraciətlər əsasən məşğulluq, sosial müdafiə, səhiyyə, bank-kredit məsələləri, əfv və digər istiqamətləri əhatə edib.
Qaldırılan məsələlərin bir hissəsi yerindəcə araşdırılaraq operativ şəkildə öz həllini tapıb. Digər müraciətlərlə bağlı vətəndaşlara müvafiq hüquqi izahlar verilib, qanunvericiliyə uyğun məsələlərin araşdırılması və həlli məqsədilə aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlərin ünvanlanacağı, eləcə də qəbul zamanı səsləndirilən məsələlərin nəzarətdə saxlanılacağı diqqətə çatdırılıb.
#MilliMəclis #VətəndaşQəbulu #Deputat #FazilMustafa
Subyekt.az