![]()
Bu gün tanınmış jurnalist və televiziya aparıcısı Natiq Qədimovun anadan olmasının 50 ili tamam olur. Azərbaycan televiziya məkanında peşəkarlığı və özünəməxsus təqdimat üslubu ilə seçilən jurnalist ömrünün 41-ci ilində – 2017-ci ildə vəfat edib.
Natiq Qədimov uzun illər televiziya jurnalistikasında uğurla fəaliyyət göstərib. O, xüsusilə “ANS” telekanalında yayımlanan “İç Xəbər” informasiya proqramının aparıcısı kimi tamaşaçıların rəğbətini qazanıb. Peşəkar təqdimatı, operativliyi və obyektiv mövqeyi ilə seçilən jurnalist həmkarlarının və izləyicilərinin yaddaşında silinməz iz qoyub.
Mərhum jurnalistin son iş yeri “APA TV” olub. O, ömrünün sonunadək media sahəsində fəaliyyətini davam etdirərək Azərbaycan jurnalistikasına dəyərli töhfələr verib.
Bu gün – iyulun 2-də onun doğum günündə dostları, həmkarları və onu tanıyanlar Natiq Qədimovu dərin ehtiramla yad edir. Vaxtsız itkisinə baxmayaraq, onun peşə yolu və zəngin yaradıcılığı Azərbaycan mediasının yaddaşında yaşayır.
Subyekt.az kollektivi də Natiq Qədimovun əziz xatirəsini ehtiramla anır, Allahdan ona rəhmət diləyir.


Məkanı cənnət, ruhu şad olsun.
Rövşən Hüseynli
Subyekt.az