![]()
Kəlbəcər rayon 84 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi dərin hüzn içindədir. Məktəbin uzun illər tarix müəllimi kimi fəaliyyət göstərən, pedaqoji fəaliyyəti, yüksək mənəvi keyfiyyətləri və fədakar müəllim nümunəsi ilə seçilən Abbasova Raisə Şükür qızı faciəvi şəkildə vəfat edib.
Raisə müəllimə ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş, peşəsinə böyük məsuliyyət və sevgi ilə yanaşmış nüfuzlu pedaqoqlardan biri idi. Onun müəllimlik fəaliyyəti təkcə sinif otaqları ilə məhdudlaşmırdı. O, həm də qayğıkeş ana kimi övladlarını yüksək nəticələrə istiqamətləndirərək onların 650-dən artıq bal toplayıb müxtəlif ali təhsil müəssisələrinə qəbul olunmasına nail olmuş, ailə dəyərlərinə və təhsilə verdiyi önəmlə ətrafındakı hər kəsə örnək olmuşdur.
2026-cı il 29 iyun tarixi məktəb kollektivi üçün unudulmaz və son dərəcə ağrılı bir gün kimi yadda qaldı. Raisə müəllimənin qəfil və faciəvi vəfatı onu tanıyan hər kəsi dərin sarsıntıya salıb. Həmkarları onu zəhmətkeşliyi, səmimiyyəti, yüksək insani keyfiyyətləri və peşəkarlığı ilə daim xatırlayacaqlar.
Subyekt.az kollektivi olaraq mərhumun ailəsinə, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verir.
Uca Allahdan mərhumə Abbasova Raisə Şükür qızına rəhmət diləyir, ruhunun şad, məkanının cənnət, məqamının uca olmasını arzu edirik.

Allah rəhmət eləsin. Məkanı cənnət olsun!
Subyekt.az