![]()
İyunun 29-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib.
İclasda ölkədə rəqəmsal transformasiya prosesinin sürətləndirilməsi, dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, rəqəmsal xidmətlərin əlçatanlığının artırılması və aidiyyəti dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi məsələləri müzakirə olunub.
Bildirilib ki, Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti dövlət siyasətinin bu sahədə vahid yanaşma əsasında həyata keçirilməsinə, innovativ həllərin tətbiqinə və rəqəmsal iqtisadiyyatın inkişafına əlavə töhfə verəcək. İclasda rəqəmsal infrastrukturun təkmilləşdirilməsi, süni intellekt texnologiyalarının tətbiqi, kibertəhlükəsizliyin gücləndirilməsi və elektron hökumət xidmətlərinin inkişafı istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.
Şura üzvləri qarşıdakı dövr üçün prioritet istiqamətləri müəyyənləşdirərək aidiyyəti qurumlara müvafiq tapşırıqlar veriblər.













#Vitseprezident #MehribanƏliyeva #Birincixanım #Rəqəmsainkişaf
Subyekt.az