![]()
Pakistanda 5,4 bal gücündə zəlzələ baş verib.
Subyekt.az Sfera.az-a istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Bildirilib ki, zəlzələnin ocağı 35 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, ölkədə ötən gün axşam saatlarında da 5,3 bal gücündə zəlzələ baş vermişdi.
Xatırladaq ki, Pakistan Hindistan və Avrasiya tektonik plitələrinin qovuşduğu ərazidə yerləşdiyi üçün dünyanın ən yüksək seysmik riskə malik ölkələrindən biri hesab olunur.
Subyekt.az