![]()
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 24-də ümumi çəkisi 107,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 101 kiloqrama yaxın marixuana, 4 kiloqramdan artıq heroin, 1,2 kiloqramdan çox həşiş, 1 kiloqrama yaxın metamfetamin, həmçinin 1299 ədəd güclü təsiredici xassəyə malik metadon həbi olub.
Keçirilən digər tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş 27 ədəd çətənə kolu aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 5,5 ton çəkidə 5435 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Subyekt.az