![]()
Subyekt.az Turkustan.az – a istinadla xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) yenilənmiş məlumatına görə, 7,5 bal gücündə zəlzələ Yaracuy ştatının Yumare şəhərindən 23 kilometr cənub-şərqdə, 7,2 bal gücündə digər zəlzələ isə San Felipe şəhərindən 24 kilometr şimal-şərqdə baş verib.
USGS-in açıqlamasında bildirilir ki, Yumare yaxınlığındakı zəlzələnin ocağı 10 kilometr, San Felipe yaxınlığındakı təkanın ocağı isə 21,9 kilometr dərinlikdə yerləşib.
Zəlzələlər paytaxt Karakasda da hiss olunub. İlkin məlumatlara əsasən, bəzi binalara ziyan dəyib, Mayketiya Beynəlxalq Hava Limanının damı uçub və bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb.


Subyekt.az