![]()
Subyekt.az Turkustan.az -a istinadla xəbər verir ki, nazirlik yazılı açıqlamada Qətərdəki Ras Laffan Sənaye Bölgəsindəki fabrikdə baş verən partlayış nəticəsində insan itkisinə görə dərin kədərini bildirib.
Bəyanatda deyilir: “Həyatını itirənlərin ailələrinə və Qətər xalqına başsağlığı verir, yaralılara isə tezliklə sağalmalarını arzulayırıq”. Qətərin Ras Laffan Sənaye Bölgəsindəki qaz müəssisəsində texniki nasazlıq səbəbindən partlayış baş verib. Hadisədən sonra baş verən yanğın nəzarət altına alınıb və ətraf mühitə heç bir sızma olmadığı açıqlanıb.
Partlayışda 13 nəfərin öldüyü, 66 nəfərin yaralandığı və hadisənin hücum deyil, texniki nasazlıq səbəbindən baş verdiyi bildirilib.
Subyekt.az