![]()
Sloveniyanın Bled gölü sahilində keçirilən 11-ci Beynəlxalq Bled Su Forumu qlobal su təhlükəsizliyi, iqlim dəyişikliyi və innovativ su idarəçiliyi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə dünyanın müxtəlif ölkələrindən dövlət qurumlarını, ekspertləri və su sektoru nümayəndələrini bir araya gətirib.
Forum çərçivəsində təşkil olunan əsas panel müzakirələrindən biri Bakıda qəbul edilmiş “İqlim Fəaliyyəti naminə Su üzrə COP Bəyannaməsi”-nin həyata keçirilməsi, su ehtiyatlarının dayanıqlı idarə olunması və iqlim dəyişikliklərinin təsirlərinə qarşı ortaq fəaliyyət mexanizmlərinə həsr olunub.
Tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyəti ölkənin zəngin təbii sərvətlərindən biri olan, işğaldan azad edilmiş Kəlbəcər rayonunun məşhur “İstisu” mineral sularını beynəlxalq ictimaiyyətə təqdim edib. Özünün unikal mineral tərkibi və təbii keyfiyyətləri ilə seçilən “İstisu” Azərbaycanın su ehtiyatlarının və ekoloji potensialının mühüm nümunələrindən biri kimi böyük maraq doğurub.
“İstisu”nun nüfuzlu beynəlxalq platformada nümayişi Azərbaycanın təbii sərvətlərinin tanıdılması, dayanıqlı su idarəçiliyi sahəsində beynəlxalq dialoqun təşviqi və ölkənin ekoloji gündəliyinin qlobal səviyyədə təqdim olunması baxımından əhəmiyyətli addım hesab edilir.
Azərbaycanın zəngin hidro-mineral ehtiyatlarının beynəlxalq tədbirlərdə təqdimatı, həm milli brendlərin təşviqinə, həm də ölkənin su resurslarının səmərəli və dayanıqlı istifadəsi istiqamətində həyata keçirilən siyasətin beynəlxalq səviyyədə tanınmasına töhfə verir.









#İstisu #Kəlbəcər #MineralSu #TəbiiXəzinə #BledSuForumu #SuTəhlükəsizliyi #İqlimFəaliyyəti #Azərbaycan
Subyekt.az