![]()
Subyekt.az “Yeni Sabah”-a istinadla xəbər verir ki, jurnalist Ülviyyə Alovlunun yaydığı məlumata görə, adıçəkilən şəxslər Nəsimi Rayon Polis İdarəsi tərəfindən saxlanıldıqdan sonra zərərçəkmiş kimi tanınan şəxslərə ümumilikdə 130 min manat məbləğində təzminat ödəyiblər.
Məlumata əsasən, onların barəsində məhkəmə baxışı keçirilib. Məhkəmənin qərarı ilə həmin şəxslər barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib və onlar sərbəst buraxılıblar.
Qeyd olunub ki, çoxsaylı müraciətlər əsasında adıçəkilən şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə – təkrarən hədə-qorxu ilə tələb etmə faktı üzrə cinayət işi başlanılıb.
Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir.
Rəsmi qurumlar tərəfindən məsələ ilə bağlı əlavə məlumat verilməyib.
Subyekt.az