![]()
Kəlbəcər rayonunun Qaraçanlı kəndinə ağır itki üz vermişdir. Kəndin tanınmış ziyalılarından olan Yusif müəllim yaşadığı Gəncə şəhərində vəfat edib.
Yusif müəllim uzun illər Kəlbəcər rayonu Qaraçanlı kənd icra nümayəndəliyində müxtəlif məsul vəzifələrdə çalışmış, bir müddət isə həmin nümayəndəliyə rəhbərlik etmişdir. O, ömrünü dövlətə, dövlətçiliyimizə və doğma Kəlbəcər torpağına sədaqətlə xidmətə həsr edən ziyalılardan biri kimi yaddaşlarda əbədi qalacaq.
Mərhumun zəngin həyat yolu, insanlara qarşı səmimi münasibəti, yüksək mənəvi keyfiyyətləri və doğma yurda bağlılığı onu tanıyan hər kəsin qəlbində daim yaşayacaqdır.
Başda oğlu Orxan Valehzadə olmaqla, mərhumun bütün ailə üzvlərinə, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verir, Uca Allahdan rəhmət diləyirəm.
Qeyd edirik ki, mərhumun yas mərasimi iyunun 7-də “Avtazavod” ərazisində yerləşən evində keçiriləcək.
Uca Allah mərhuma rəhmət eləsin, ruhu şad olsun.
Tanrı ocağını daim yanar etsin.
Rövşən Hüseynli
Subyekt.az