![]()
Subyekt.az billdirir ki EDnews bu barədə CBS telekanalına istinadən xəbər verir.
Qeyd olunub ki, müstəntiqlər külçələri keçmiş xüsusi xidmət əməkdaşının evində aşkar ediblər. Bildirilib ki, hər bir külçənin çəkisi bir kiloqramdan çox olub. Bundan əlavə, evdə böyük məbləğdə nağd pul da gizlədilib. Əməliyyatçılar iki milyon dollar və 35 ədəd lüks saat müsadirə ediblər. İddialara görə, Raş bütün bunları iş yerindən evə gətirib.
Raş təkcə oğurluqda deyil, həmçinin “şişirdilmiş maaş almaqda və hərbi xidmət məzuniyyətini dələduzluq yolu ilə rəsmiləşdirməkdə”, eləcə də silahlı qüvvələrdə xidməti və təhsili ilə bağlı yalan məlumat təqdim etməkdə şübhəli bilinir.
Hazırda saxlanılan şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün keçiriləcək məhkəmə iclasını gözləyərək nəzarət altında saxlanılır.
Məhkəmə dinləmələri iyunun 5-nə təyin olunub.
Subyekt.az