![]()
Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda 11 ölkənin idmançıları iştirak edəcək.
Bu barədə Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytında yazılıb.
“Dünya Kubokunda Azərbaycan idmançıları ilə yanaşı Avstraliya, Belarus, Bolqarıstan, Estoniya, Gürcüstan, Qazaxıstan, Polşa, Rusiya, İspaniya və Ukrayna təmsilçiləri də mübarizə aparacaq”, – deyə bildirilib.
Qeyd edək ki, Dünya Kuboku iyunun 5-7-si aralığında Milli Gimnastika Arenasında təşkil olunacaq.
Subyekt.az