![]()
2026-cı il mayın 18-də Bakı şəhəri dünyanın ən mühüm beynəlxalq platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi etməklə Azərbaycanın qlobal tədbirlər məkanı kimi artan nüfuzunu bir daha təsdiqlədi. Dünyanın 182 ölkəsindən 45 mindən çox iştirakçının qatıldığı forum təkcə şəhərsalma sahəsində deyil, həm də beynəlxalq əməkdaşlıq və dayanıqlı inkişaf istiqamətində mühüm dialoq platformasına çevrildi.
Prezident İlham Əliyev forumun açılış mərasimində çıxış edərək Azərbaycanın beynəlxalq təşəbbüslərə verdiyi töhfələrdən, dayanıqlı inkişaf strategiyasından və müasir şəhərsalma konsepsiyalarından danışdı. Dövlət başçısı vurğuladı ki, Bakı qısa müddət ərzində ardıcıl olaraq qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi edir və WUF13 bu baxımdan Azərbaycanın artan beynəlxalq etimadının göstəricisidir. Prezident çıxışında forumun iştirakçı sayına görə rekord göstəriciyə nail olduğunu qeyd edib.
təsadüfi seçim deyil. Bu qərar ölkəmizin urbanizasiya, infrastruktur quruculuğu, ekoloji tarazlığın qorunması və dayanıqlı şəhər modellərinin yaradılması sahəsində əldə etdiyi uğurların beynəlxalq səviyyədə tanınmasının nəticəsidir. Azərbaycanın son illərdə həyata keçirdiyi genişmiqyaslı yenidənqurma layihələri, xüsusilə azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “yaşıl enerji” konsepsiyalarının tətbiqi beynəlxalq ictimaiyyət tərəfindən maraqla izlənilir.
WUF13 çərçivəsində müzakirə olunan əsas mövzulardan biri təhlükəsiz, inklüziv və dayanıqlı şəhərlərin qurulması idi. Azərbaycanın bu istiqamətdə nümayiş etdirdiyi yanaşma yalnız milli inkişaf strategiyası deyil, həm də qlobal çağırışlara cavab verən müasir idarəetmə modelidir. Bu səbəbdən Bakı artıq təkcə regionun deyil, dünyanın önəmli beynəlxalq əməkdaşlıq mərkəzlərindən birinə çevrilməkdədir.
Prezident İlham Əliyevin forumdakı çıxışı bir daha göstərdi ki, Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkan olmaqla yanaşı, qlobal problemlərin həlli istiqamətində təşəbbüslər irəli sürən, əməkdaşlıq platformaları yaradan və gələcəyin inkişaf modelinə töhfə verən ölkə kimi çıxış edir. Bu isə ölkəmizin siyasi, iqtisadi və diplomatik nüfuzunun güclənməsinin bariz nümunəsidir.
WUF13-ün Bakıda keçirilməsi və Prezident İlham Əliyevin burada səsləndirdiyi mesajlar Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirdi. Forum sübut etdi ki, Azərbaycan artıq yalnız regional lider deyil, həm də qlobal inkişaf gündəliyinin formalaşmasında fəal iştirak edən dövlətlər sırasındadır.

Azər Xankişiyev
Subyekt.az