![]()
Mayın 22-də Türk Dövlətləri Təşkilatı-na üzv ölkələrin QHT Platformasının Baş katibi, Milli Məclisin deputatı Azər Allahverənov World Urban Forum 13 çərçivəsində Bakı Olimpiya Stadionunda təşkil olunan “Urban Expo” sərgisində TDT-yə üzv və müşahidəçi ölkələrin xüsusi pavilyonlarını ziyarət edib.
Ziyarət zamanı nümayiş olunan ekspozisiyalarla tanış olan Azər Allahverənov dayanıqlı şəhər inkişafı, yaşıl infrastruktur, ağıllı şəhər həlləri, innovativ urbanizasiya modelləri və ortaq mədəni irsin qorunaraq gələcək nəsillərə ötürülməsi istiqamətində təqdim edilən layihələri yüksək qiymətləndirib.
Qeyd olunub ki, pavilyonlarda təqdim edilən təşəbbüslər Türk dünyası ölkələri arasında şəhərsalma, ekoloji davamlılıq və humanitar əməkdaşlıq sahəsində ortaq yanaşmanın formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Azər Allahverənov vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı platforması çərçivəsində həyata keçirilən bu cür beynəlxalq tədbirlər üzv ölkələr arasında təcrübə mübadiləsinin genişlənməsinə, regional inteqrasiyanın güclənməsinə və ortaq inkişaf strategiyalarının təşviqinə töhfə verir.









Milli Majlis Türk Devletleri Teşkilatı – Organization of Turkic States
#WUF13 World Urban Forum
Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması
Subyekt.az