![]()
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Respublikanın əməkdar artisti İntiqam Soltanın rəhbərlik etdiyi Bakı Uşaq və Gənclər Teatrının 25 illik yubileyi münasibəti ilə 1 qrup teatr əməkdaşını Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edib.
Hazırda səhhətində narahatlıq yaranmış İntiqam Soltana möhkəm cansağlığı arzulayan Adil Əliyev Bakı Uşaq və Gənclər Teatrının kollektivini 25 illik yubiley münasibəti ilə səmimi qəlbdən təbrik edib, gələcək fəaliyyətində yeni yaradıcıllıq uğurları, bol nailiyyətlər və davamlı inkişaf arzu edib.
Qeyd edək ki, Bakı Uşaq və Gənclər Teatrı fəaliyyət göstərdiyi 25 il ərzində uşaqların və gənclərin mənəvi-estetik tərbiyəsində, milli-mədəni dəyərlərin təbliğində, teatr sənətinin inkişafında və ictimai-mədəni həyatın zənginləşdirilməsində mühüm xidmətlər göstərmişdir. Teatr kollektivi milli dramaturgiyanın və klassik səhnə əsərlərinin gənc nəslə sevdirilməsi, maarifləndirici və vətənpərvərlik ruhunda tamaşaların hazırlanması istiqamətində səmərəli fəaliyyət göstərmiş, rayonun mədəni həyatında fəal iştirak etmişdir.
Subyekt.az