![]()
Birləşmiş Millətlər Təşkilatı biomüxtəliflik haqqında məlumatlılığın artırılması və onun qorunmasının təşviqi məqsədilə 22 may tarixini Beynəlxalq Biomüxtəliflik Günü elan edib. Bu əlamətdar gün yer üzündə mövcud olan müxtəlif bitki, heyvan və mikroorqanizm növlərinin qorunmasının vacibliyini bir daha diqqətə çatdırır.
Biomüxtəliflik Yer kürəsində həyatın davamlılığının əsasını təşkil edir. Təmiz hava, su, qida təhlükəsizliyi və ekosistemlərin tarazlığı məhz bioloji müxtəlifliyin qorunmasından asılıdır.
2026-cı ildə Beynəlxalq Biomüxtəliflik Günü “Qlobal təsir üçün yerli səviyyədə fəaliyyət” mövzusu ilə qeyd olunur. Bu mövzu hər bir insanı yaşadığı mühitdə təbiətin qorunmasına töhfə verməyə, biomüxtəlifliyin itkisinin qarşısının alınması və ekosistemlərin bərpası istiqamətində fəaliyyət göstərməyə çağırır.
Biomüxtəliflik gələcəyimizin rəngidir. Gəlin, ekosistemləri birlikdə qoruyaq.
Subyekt.az