![]()
21 may 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Talabıqışlaq kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların növbəti səyyar qəbulunu keçirmişdir.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə kəndin mərkəzində inşa edilmiş Şəhidlər xatirə kompleksini və Talabıqışlaq kənd tam orta məktəbinin girişində qoyulmuş Birinci Qarabağ müharibəsi şəhidi Firuz Heybətovun büstünü ziyarət etmiş, önünə gül dəstələri düzmüşdür.
Səyyar qəbulda Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də rayonumuzda həyata keçirilən sosial-iqtisadi inkişaf layihələri, abadlıq-quruculuq işləri və əhalinin rifahının yüksəldilməsi istiqamətində görülən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat verilmişdir. Vətəndaşlar tərəfindən qaldırılan müraciət və təkliflər dinlənilmiş, onların operativ həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə müvafiq tapşırıqlar verilmişdir.

.

Subyekt.az