![]()
Bu gün Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Rəsul Rzanın anadan olmasının 116 ili tamam olur.
Rəsul Rza 19 may 1910-cu ildə Göyçay şəhərində anadan olub. O, Azərbaycan ədəbiyyatında sərbəst şeirin əsas nümayəndələrindən biri kimi tanınıb, poeziyada yeni üslub və bədii düşüncə formaları yaradıb.
Şair uzun illər ədəbi və ictimai fəaliyyətlə məşğul olub, Azərbaycan Yazıçılar İttifaqında rəhbər vəzifələrdə çalışıb, Azərbaycan SSR kinematoqrafiya naziri olub. Onun “Rənglər”, “Dünən, bu gün, sabah”, “Vətən”, “Qızılgül olmayaydı”, “Mən torpağam” kimi əsərləri Azərbaycan poeziyasında xüsusi yer tutur.
Rəsul Rza eyni zamanda tərcüməçilik fəaliyyəti ilə məşğul olub, dünya ədəbiyyatından bir sıra nümunələri Azərbaycan dilinə çevirib. 1960-cı ildə “Xalq şairi” fəxri adına, 1980-ci ildə isə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.
Rəsul Rza 1 aprel 1981-ci ildə Bakı şəhərində vəfat edib.
Subyekt.az