![]()

Komitə sədri Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini, əməkdaşlığın hər iki ölkəni məmnun edən istiqamətdə davam etdiyini vurğulayıb.
O qeyd edib ki, xüsusilə İslam və ərəb ölkələrində, eləcə də türk dövlətlərində fəal və təşəbbüskar qadınların olması qürurvericidir. Bahar Muradova təşkilatın fəaliyyəti ilə yaxından tanış olduğunu, həyata keçirdiyi layihələri yüksək qiymətləndirdiyini də diqqətə çatdırıb. Bildirib ki, qadınların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakı və sosial layihələrdə ön sıralarda yer alması mühüm əhəmiyyət daşıyır.
Komitə sədri, həmçinin ailə, qadın və uşaq məsələləri, insan kapitalının inkişafı, gender bərabərliyi kimi istiqamətlərdə həyata keçirilən tədbirlərin miqyasının son illərdə əhəmiyyətli dərəcədə genişləndiyini qeyd edib və Azərbaycanda ailə, qadın və uşaq siyasəti istiqamətində dövlət səviyyəsində ardıcıl tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
O qeyd edib ki, cəmiyyətdə zorakılıq halları baş verdikdə onların qarşısının alınması, zərərçəkənlərin müdafiəsi və preventiv tədbirlərin həyata keçirilməsi üçün müvafiq mexanizmlər tətbiq olunur.

Bahar Muradova qadın sahibkarlığının dəstəklənməsi istiqamətində görülən işlər, eləcə də şəhid şəhid xanımlarına dövlət tərəfindən göstərilən sosial və təhsilə dəstək layihələri barədə məlumat verib.
O qeyd edib ki, “Gələcəyə Baxış 2030” proqramı çərçivəsində Səudiyyə Ərəbistanında mühüm və köklü islahatlar həyata keçirilib. Xüsusilə qadın hüquqlarının müdafiəsi, onların səlahiyyətlərinin artırılması və cəmiyyətin müxtəlif sahələrində fəal iştirakının təmin olunması istiqamətində mühüm addımlar atılıb.
Fond rəhbəri qadınların rəqəmsal bacarıqlarının artırılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, gender inklüzivliyi layihələri istiqamətində də müxtəlif təşəbbüslərin həyata keçirildiyini diqqətə çatdırıb. O bildirib ki, təşkilat tərəfindən yalnız sosial layihələr deyil, eyni zamanda qadınlara psixoloji və tibbi dəstək tədbirləri də həyata keçirilir, onların iqtisadi cəhətdən gücləndirilməsi məqsədilə maliyyə dəstəyi və müxtəlif qrant proqramları təqdim olunur.

Lamia bint Majid bin Saud bin Abdulaziz Al Saud rəqəmsal təşəbbüslərin dəstəkləndiyini, süni intellekt əsaslı layihələrin icrası istiqamətində araşdırmalar aparıldığını bildirib. Onun sözlərinə görə, tanınmış universitetlərin dəstəyi ilə həyata keçirilən tədqiqatlarda gələcəkdə süni intellektin daha çox tətbiq olunacağı peşə sahələri və əmək bazarına təsiri araşdırılır. Fond rəhbəri əlavə edib ki, həyata keçirilən tədqiqat layihələri çərçivəsində müxtəlif ölkələrin aidiyyəti dövlət qurumları ilə əməkdaşlıqda maraqlıdırlar.
Subyekt.az