Sabah saat 10:00-dan etibarən Hacıqabul rayonu Atbulaq kəndinin, həmçinin Sabirabad şəhərinin bəzi küçə və prospektinin, Suqovuşan kəndinin qaz təminatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Salyan Regional Qaz İstismar İdarəsi məlumat yayıb.
Bildirilib ki, qaz təchizatının dayandırılması görüləcək təmir işləri ilə əlaqədardır.