![]()
2026-cı il mayın 16-da Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu çərçivəsində Azərbaycan-Qırğızıstan QHT-lərinin I Əməkdaşlıq Forumu baş tutub. Azərbaycanın QHT Agentliyinin təşkilatçılığı, “Ortaq Dəyərlər” İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilən forumda spikerlər Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım İctimai Birliyinin sədri Əfsələddin Ağalarov, “Insap Elim” İctimai Fondunun direktoru Tolobek Beishenbekov, Qırğızıstanın Manas Şəhər İcra Hakimiyyəti yanında Gənclər məsələləri üzrə Şuranın sədri Bekmamat Arstanbekov, “Sosial Sahibkarlar Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Bakıtbek Saqnalı olub. Forumun moderatoru “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal olub.

















Subyekt.az