![]()
Sumqayıt şəhərində görkəmli söz ustası, el şairi Nəbi Dilsuzun (Molla Nəbi Kəlbəcərli) anadan olmasının 140 illiyinə həsr olunmuş ədəbi-musiqili tədbir keçiriləcək.
Subyekt.az xəbər verir ki, Tədbir “Dəlidağ” Ədəbi Birliyinin təşəbbüsü, Azərbaycan Aşıqlar Birliyi və Sumqayıt Poeziya Evinin təşkilatçılığı ilə baş tutacaq.
Yubiley məclisinin əsas məqsədi klassik söz və saz sənətinin təbliği, milli-mənəvi dəyərlərin yaşadılması və bu irsin gənc nəslə aşılanmasıdır.
Ədəbi-bədii gecədə Nəbi Dilsuzun yaradıcılığından seçilmiş nümunələr səsləndiriləcək, tanınmış ziyalıların, şair və ədəbiyyat adamlarının çıxışları olacaq. Tədbir çərçivəsində saz ifaları və bədii kompozisiyalar da təqdim ediləcək.
Mərasimdə elm, ədəbiyyat və mədəniyyət ictimaiyyətinin nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Tədbir haqqında məlumat:
Tarix: 21 may
Saat: 15:00
Məkan: Sumqayıt Poeziya Evi
Media nümayəndələri, ədəbiyyatsevərlər və ictimaiyyət nümayəndələri tədbirdə iştirak etməyə dəvət olunur.
Subyekt.az