![]()
Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Neft kimyası və kimya texnologiyası kafedrasının baş müəllimi, kimya üzrə fəlsəfə doktoru Günay Müzakir qızı Mehdiyevaya Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 24 aprel 2026-cı il tarixli qərarı ilə 2314.01 – Neft kimyası ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir.
Bu mühüm elmi nailiyyət münasibətilə Günay Mehdiyevanı səmimi-qəlbdən təbrik edir, ona gələcək elmi-pedaqoji fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı və Azərbaycan elminin inkişafı naminə həyata keçirdiyi fəaliyyətində davamlı nailiyyətlər arzulayırıq.
Qeyd edək ki, neft kimyası sahəsində aparılan fundamental elmi araşdırmaların inkişafı, yüksəkixtisaslı kadrların hazırlanması və elmi potensialın gücləndirilməsi istiqamətində əldə olunan bu uğur Azərbaycan elmi ictimaiyyəti üçün mühüm əhəmiyyət daşıyır.
Subyekt.az kollektivi olaraq Günay Mehdiyevaya bundan sonrakı fəaliyyətində də yeni elmi zirvələr fəth etməyi arzulayırıq.



Subyekt.az