Ələtdə pəncərə silən qadın 4-cü mərtəbədən yıxılaraq ölüb
11 May 2026
Paytaxtın Qaradağ rayonunda pəncərə silən 37 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb. Hadisə Ələt qəsəbəsində baş verib. Subyekt.az apa-ya istinadla xəbər verir ki , 1989-cu il təvəllüdlü A.Səfərova yaşadığı evin pəncərəsini silərkən ehtiyatsızlıqdan yıxılıb. Xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.