Xırdalanda ürəyindən bıçaq xəsarəti alan qadın öldü
09 May 2026
Abşeronda bıçaq xəsarəti alan qadın ölüb.
Subyekt.az Sfera.az-a istinadla xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. Şəhər sakini 61 yaşlı Nura Qiyas qızı Namazova yaşadığı evdə naməlum şəraitdə ürəyindən bıçaq yarası alıb. Nəticədə qadın ölüb.