![]()
Subyekt.az Turkustan.az -a istinadla xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin bütün növ və silahlarının nümayəndələri, Rusiya-Ukrayna müharibəsinin iştirakçıları və Şimali Koreya hərbçiləri paradda iştirak edəcəklər.
Paradın təntənəli hissəsini Rusiya akrobatika komandalarının təyyarələri tamamlayacaq və onlar Qırmızı Meydanın üzərindəki səmanı rus bayrağının rənglərinə boyayacaqlar.
Bu il hərbi texnika, Suvorov və Naximov Hərbi Dənizçilik Məktəblərinin tələbələri və kursantlar paradda iştirak etməyəcəklər.
Rusiya Müdafiə Nazirliyi bunun mövcud əməliyyat vəziyyəti ilə əlaqəli olduğunu bildirib.
Paradın qonaqları arasında Belarus, Qazaxıstan, Laos, Malayziya, Slovakiya, Özbəkistan və sair kimi ölkələrin rəhbərləri var.
Subyekt.az