![]()
Zaqatalada restoran yaxınlığında baş verən silahlı insident nəticəsində bir nəfər yaralanıb.
Subyekt.az Demokrat.az -a istinadla xəbər verir ki, gecə saat 02:00 radələrində rayonun Kebeloba kənd sakini, 1987-ci il təvəllüdlü İsa Məhəmməd oğlu Bolayev güllə yarası ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müayinə zamanı ona sağ bud sümüyünün deşib-keçən güllə yarası diaqnozu qoyulub. Yaralının vəziyyəti ağır olduğundan müalicəsinin paytaxt xəstəxanalarından birində davam etdirilməsinə qərar verilib.
İlkin məlumatlara görə hadisə Aşağı Tala kəndi ərazisindəki istirahət mərkəzlərindən birinin yaxınlığında qeydə alınıb. Hadisənin təfərrüatları və atəş açan şəxsin kimliyi hələlik məlum deyil.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan APA-ya verilən məlumata görə polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hadisə ilə bağlı araşdırmalar aparılır.
Oxu.az-ın məlumatına görə, İsa Bolayev rayon ərazisində sahibkar kimi tanınıb. O, Zaqatalada restoran sahibi olub.
Subyekt.az