![]()
Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı Bakıda böyük memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş təqdimat mərasimi keçiriləcək
Tarix: 08.05.2026-cı il Saat: 19:00
Məkan: Şirvanşahlar Sarayı, İçərişəhər
8 May 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə görkəmli memar Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi və Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamları çərçivəsində təntənəli təqdimat mərasimi keçiriləcək.
Tədbir çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən dünya memarlıq xəzinəsinə misilsiz incilər bəxş etmiş ustad sənətkarın irsini yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədilə nəşr edilmiş “Azərbaycan memarlıq irsinin dühası – 900” kitabının, həmçinin xüsusi olaraq hazırlanmış hədiyyə poçt markalarının rəsmi təqdimatı baş tutacaq.
Təqdim olunan yeni nəşr və poçt markaları memarın 900 illik irsinə ehtiramın göstəricisi olmaqla yanaşı, Azərbaycanın qədim memarlıq ənənələrinin beynəlxalq müstəvidə təbliğinə xidmət edir.
Mərasimdə rəsmi şəxslər, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus nümayəndələri, mədəniyyət və incəsənət xadimlərinin iştirakı gözlənilir.
Əlavə məlumat üçün:
Türk Mədəniyyəti və İrsi Fondu E-mail: info@itchf.org
Ləman Şahmuradova +994 50 737 00 08
Sona Səlimli +994 51 981 11 43
Subyekt.az