![]()
Göygöldə toy məclisində iki qardaş bıçaqlanıb.
Subyekt.az APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarından birində qeydə alınıb. Toy zamanı yaranan mübahisə nəticəsində 2005-ci il təvəllüdlü Ş.Atakişili və onun qardaşı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Yaralılar dərhal əməliyyat olunublar.
Hazırda hadisənin başvermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.
Subyekt.az