![]()
Azərbaycan Prezidentin köməkçisi, Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun üzvləri ilə birlikdə Qarabağa səfəri barədə video paylaşıb.
Subyekt.az Musavat.com-a istinadla xəbər verir ki, Prezidentin köməkçisi özünün “X” sosial media hesabındakı paylaşımında yazıb:
“Biz diplomatik korpusun üzvləri ilə birlikdə Qarabağa səfər edirik. Səfərimiz Xocalı Soyqırımı Memorialını ziyarətlə başladı. Keçmişin bəzi xatirələrinə göz yuma bilmərik. Xocalı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad etdik”.
We are visiting Karabakh together with members of the diplomatic corps. Our trip began with a visit to the Khojaly Genocide Memorial. We cannot close our eyes to certain memories of the past. We paid our deepest respects to the cherished memory of the victims of Khojaly. pic.twitter.com/16QWVyA4LF
— Hikmet Hajiyev (@HikmetHajiyev) May 1, 2026
Subyekt.az