![]()
Quba şəhər Azad Məmmədov adına 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseyin XI sinif şagirdləri buraxılış imtahanında yüksək nəticələr əldə edərək 200 + dan yuxarı bal toplamışlar. Bu nailiyyət şagirdlərin məqsədyönlü zəhmətinin, müəllimlərin fədakar əməyinin və məktəbdə formalaşmış güclü tədris mühitinin parlaq göstəricisidir.
Qeyd etmək lazımdır ki, belə uğurlar təsadüfi deyil. Bu nəticələrin arxasında illər boyu aparılan sistemli hazırlıq, şagirdlərin elmə olan marağı və valideynlərin dəstəyi dayanır. Məktəb kollektivi hər zaman keyfiyyətli təhsili prioritet hesab edərək şagirdlərin potensialının üzə çıxarılması üçün əlindən gələni etmişdir.
Yüksək bal toplayan bütün şagirdləri ürəkdən təbrik edir, onlara ali məktəblərə qəbul prosesində uğurlar arzulayırıq. İnanırıq ki, bu gənclər gələcəkdə ölkəmizin inkişafına mühüm töhfələr verəcək, qazandıqları bilik və bacarıqlarla cəmiyyətimizdə layiqli yer tutacaqlar. Uğurlarınız bol, yolunuz açıq olsun!

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

Firəngiz Sabirqızı
Subyekt.az