![]()
Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Bu barədə qurum məlumat yayıb. İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində “Ulduz-Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.
Təhlükəsizlik məqsədilə “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların “Nərimanov-Əhmədli” istiqamətində hərəkəti məhdudlaşdırılıb.
Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.
Subyekt.az