![]()
Vəkillər Kollegiyasına qəbul üzrə ixtisas imtahanını uğurla başa vurmuş namizədlərin peşə hazırlığının gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğunda maarifləndirici seminar təşkil olunub.
Cari ilin 20 aprel tarixində baş tutan tədbirdə vəkillik fəaliyyətinə hazırlaşan 68 namizəd iştirak edib.

Seminar çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən iştirakçılara prokurorluq orqanlarının hüquqi statusu, funksiyaları və əsas fəaliyyət istiqamətləri barədə məlumat verilib. Qeyd olunub ki, prokurorluq orqanları qanunçuluğun təmin edilməsi, cinayət təqibinin həyata keçirilməsi, istintaqa prosessual rəhbərlik, dövlət ittihamının müdafiəsi, eləcə də insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm rol oynayır.
Proqram çərçivəsində iştirakçılar Baş Prokurorluğun inzibati binalar kompleksində yaradılmış müasir infrastruktur və tədris imkanları ilə tanış olublar. Onlara kriminalistika laboratoriyası, istintaq hərəkətlərinin aparılması üçün nəzərdə tutulmuş xüsusi otaqlar, zəngin hüquqi ədəbiyyat fonduna malik kitabxana, eləcə də Vətən müharibəsinə həsr olunmuş memorial qalereya barədə məlumat təqdim edilib.
Subyekt.az