![]()
Azərbaycan mediasında özünəməxsus yeri və oxucu auditoriyası ilə seçilən Gununsesi.info xəbər portalının 10 illik yubileyi münasibətilə kollektivi səmimi qəlbdən təbrik edirik.
Fəaliyyətə başladığı gündən etibarən operativlik, obyektivlik və peşəkarlıq prinsiplərinə sadiq qalan Gununsesi.info həm ölkəmizdə, həm də dünyada baş verən hadisələri geniş oxucu kütləsinə çevik və dolğun şəkildə çatdıraraq informasiya məkanında etibarlı mənbələrdən birinə çevrilib. Portalın qazandığı oxucu rəğbəti və ictimai etimad onun ardıcıl və məqsədyönlü fəaliyyətinin bariz göstəricisidir.
Bu əlamətdar gün münasibətilə saytın qurucusu və rəhbəri Pərviz Həşimli başda olmaqla bütün kollektivi Subyekt.az komandası adından və şəxsən öz adımdan ürəkdən təbrik edir, məsuliyyətli və şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
İnanırıq ki, Gununsesi.info bundan sonra da milli mətbuatımızın inkişafına töhfələr verməyə, cəmiyyətin düzgün və operativ informasiya ilə təmin olunmasında ön sıralarda yer almağa davam edəcək.
Hörmətlə,
Rövşən Hüseynli
Subyekt.az